Parisdəki Luvr muzeyinin piramidasını layihələşdirən çin mənşəli memar Bey Yuymin ABŞ-da vəfat etdi. İnsider.az bunu “The New York Times”-a istinadla xəbər verir.
Onun oğulunun verdiyi məlumata görə, 102 yaşlı Yuymin Nyu-Yorkda çərşənbə günündən cümə axşamına keçən gecə vəfat edib. Memar Çinin cənubunda Quançjouda 1917-ci ildə doğulub, ABŞ-a isə 1935-ci ildə köçmüşdü.
O, əvvəl Massaçusets Texnoloji İnstitutunu, daha sonra isə Harvard Universitetinin yanında Ali Dizayn Məktəbini bitirib.
1983-cü ildə memarlıq sahəsində ən prestijli sayılan Pritsker mükafatının laureatı olub.
Yuymin ilk növbədə Parisdəki Luvr muzeyinin piramidasına görə məşhurlaşıb. Şüşə və metaldan olan 20-metrlik konstruksiya onun layihəsi üzrə və həmin dövrdə Fransa prezidenti olmuş Fransua Mitteranın təşəbbüsü ilə 1985-1989-cu illərdə inşa edilib.
Bundan savayı, memar Klivlenddəki Rok-n-rol Şöhrət Zalı binasının, Vaşinqtondakı Milli İncəsənət qalereyasının, Nyu-Yorkdakı “JPMorgan Chase” bankın qullələrinin və bir çox digər tikilinin layihələlərinin müəllifidir.
Samirə Məmmədova