2021-ci ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Twitter səhifəsində bildirib ki, 1-ci rübdə daxilolmalar 112,3 milyon manatdan çox olub (nəzərdə tutulandan 25,5 milyon manat artıq).
"İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq",- nazir qeyd edib.