Büdcə təşkilatında çalışan işçiyə verilən maddi yardımdan vergi tutulmalıdırmı?
İnsider.az-ın xəbərinə görə, Vergilər Nazirliyindən bildirilib ki, işəgötürən tərəfindən öz işçilərinə verilən maddi yardım Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinin müddəalarına uyğun olaraq təhsil və ya müalicə haqlarını ödəmək üçün verildiyi halda, həmin maddi yardımın 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün verildiyi halda isə 2000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. İşəgötürən tərəfindən işçilərinə verilən maddi yardımın bu maddə ilə müəyyən edilmiş həddən yuxarı hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunur.
©AZƏRTAC