made-in-azerbaijan-onlayn-biznes-forumu-kecirilecek

"Made in Azerbaijan" onlayn biznes forumu keçiriləcək

Sentyabr ayının ilk yarısında, Rusiya və BƏƏ-nin idxalçılarının iştirakı ilə "Made in Azerbaijan" onlayn biznes forumu keçiriləcək.

Şirkətin yaydığı məlumata görə, forum B2B görüşləri formatında keçiriləcək və Azərbaycan ixracçıları üçün öz məhsullarını təqdim etmək, tərəfdaş tapmaq və müqavilələr bağlamaq üçün unikal fürsət yaradacaq.

Öz məhsul və xidmətlərini BƏƏ və Rusiyaya ixrac etmək istəyən aşağıdakı sənaye sahələrinin yerli istehsalçıları forumda iştirak etməyə dəvət olunurlar:

Qida sənayesi və kənd təsərrüfatı:

BƏƏ idxalçıları ilə görüşlər – 1-2 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 3-4 sentyabr

İnşaat sənayesi:

BƏƏ idxalçıları ilə görüşlər – 8-9 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 10-11 sentyabr

Rusiya idxalçıları ilə görüşlərdə iştirak etmək üçün linkdən (https://b2b-rus.ceo.az/register_as_exporter-az) keçərək qeydiyyatdan keçə bilərsiniz.

BƏƏ idxalçıları ilə görüşlərdə iştirak etmək üçün linkdən (https://b2b-uae.ceo.az/register-as-exporter) keçərək qeydiyyatdan keçə bilərsiniz.