maduro-venesuelada-dovlet-cevrilisi-cehdlerinin-qarsisi-alinib

Maduro: Venesuelada dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb

“Ötən il Venesuelada dövlət çevrilişi həyata keçirmək və dövlət başçısına, müdafiə nazirinə və ölkənin digər rəhbərlərinə sui-qəsd cəhdinin qarşısı alınıb”.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro Milli Assambleyaya (parlament) illik müraciətində bildirib.

Onun sözlərinə görə, ifrat sağçıların ötən ilin may, avqust, noyabr və dekabr aylarında üstü açılan sui-qəsdləri Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın Kolumbiyadakı Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə Mayami və Boqotada planlaşdırılıb.

Maduro qeyd edib ki, Zulia və Taçira ştatlarında yüksək rütbəli zabitlər onu öldürmək üçün rüşvət alıblar, lakin kəşfiyyat tədbirləri sayəsində sui-qəsd cəhdinin qarşısı vaxtında alınıb.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopesə və Taçira ştatının qubernatoru Freddi Bernala da sui-qəsd cəhdlərinin qarşısı alınıb: “Planlaşdırılan sui-qəsdlərin təfərrüatları yaxın vaxtlarda açıqlanacaq”.