maduro-xalqini-trampa-qarsi-umumdunya-etiraz-aksiyasina-cagirdi

Maduro xalqını Trampa qarşı ümumdünya etiraz aksiyasına çağırdı

Venesuela prezidenti Nikolas Maduro həmvətənlərini ABŞ prezidenti Donald Trampa qarşı ümumdünya etiraz aksiyasında iştirak etməyə çağırıb. 

İnsider.az xəbər verir ki, bu barədə Maduro Karakasda təntənəli mərasimdə çıxış edərkən bildirib. 

“Mən, “Vətənpərvər qütb” (iqtidar yönümlü koalisiya) koalisiyanın, Xalq konqresinin... gələn şənbə avqust ayının 10-da Donald Trampa qarşı ümumdünya etiraz aksiyasına qoşulmağa dair dəvətini qəbul edirəm. Mən Venesuela xalqının çağırışını, dünyada minlərlə etiraz üsulunu, sosial şəbəkələrdə etirazı dəstəkləyirəm, qoy həqiqət hamıya əyan olsun”, - Maduro bəyan edib.  

Maduro həmçinin ABŞ tərəfindən yeni sanksiyaları qınayıb və Cənubi Amerika ölkəsinin bu sanksiyaların nəticələrinin öhdəsindən gələcəyinə inandığını bildirib. 

“Dünyada Venesuelanın qarşısını ala biləcək imperiya, icra hakimiyyəti və ya blokada yoxdur”, - Maduro bildirib. 

Səbinə Səmidxan