2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.
İnsider.az xəbər verir ki, 19 764 nəfər ərizəsini təsdiq edib.
Onlardan 18 026 nəfəri Azərbaycan, 1 738 nəfər isə rus bölməsinə sənəd verib.
Xatırladaq ki, magistraturaya sənəd qəbulunun vaxtı bu gün səhər saat 10.00-a qədər uzadılmışdı.