mail-ru-nun-dizayn-uzre-direktoru-sirketi-terk-edib

“Mail.ru”-nun dizayn üzrə direktoru şirkəti tərk edib

“Mail.ru Group”-da dizayn üzrə direktor Yurriy Vetrov səkkiz illik fəaliyyətindən sonra şirkətdən gedib.

İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Yaxın zamanda Vetrov ingilis dilində “Dizayn menecment nümunələri və DesignOps” kitabını tamamlamağı və istirahət etməyi düşünür. Öz gedişinin səbəblərini isə açıqlamayıb. Vetrov qeyd edib ki, fəaliyyəti zamanı beş istiqamət üzrə çalışan (“Poçt” və “Bulud”, b2b-servislər, medialayihələr, axtarış və brauzer, yaradıcı komanda) dizayner komandası yığıb.

“Mail.ru Group”-da Vetrovun gedişini təsdiqləyiblər. 2019-cu ilin sentyabr ayından onun vəzifəsini Dmitriy Osadçuk icra edəcək.

Qeyd edək ki, Yuriy Vetrov “Mail.ru Group” məhsullarının yenilənmələri, şirkət brendinin yenilənməsi, dizayn-konfransın işə salınması ilə məşğul idi və digər yeniliklər tətbiq etmişdi.

Samirə Məmmədova