makron-ve-conson-arasinda-mubahise-dusub

Makron və Conson arasında mübahisə düşüb

Britaniyanın Baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron arasında ciddi mübahisə yaranıb.

“Reuters” xəbər verir ki, “Böyük yeddilik” sammitində tərəflər arasında “Breksit”ə görə söz dueli yaşanıb.

Məlumata görə, Makron Consonun bir çox problemləri “Breksit”lə əlaqələndirmək cəhdlərinə hiddətlənib. “Mənə demə ki, Britaniyanın Avropa İttifaqından çıxmasının altından imza atarkən, nəyə getdiyini bilmirdin”, - deyə Makron Consona bildirib.

Qeyd edək ki, rəsmi London Aİ-ni 1 fevral 2020-ci ildə tərk edib.