Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.
Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Fransa dövlət başçısı Ukrayna prezidenti ilə aprelin 16-da Yelisay sarayında səhər yeməyi zamanı görüşəcək.
Görüşün Ukrayna ətrafındakı gərginliyin artması və onun sərhədləri yaxınlığında Rusiya ordusunun cəmləşməsi fonunda baş tutacağı vurğulanıb.