maksim-sevcenko-ile-bakidaki-gorusun-unvani-deyisdirildi-foto

Maksim Şevçenko ilə Bakıdakı görüşün ünvanı dəyişdirildi - FOTO

Tanınmış rusiyalı ictimai xadim, politoloq, jurnalist və teleaparıcı Maksim Şevçenko azərbaycanlılara videomüraciət ünvanlayıb.

O bildirib ki, oktyabrın 6-da Bakıda, Heydər Əliyev Sarayında planlaşdırılan görüşün yeri dəyişdirilib.

Maksim Şevçenko qeyd edib ki, görüş Beynəlxalq Muğam Mərkəzində və ardıcıl iki gün - 6-7 oktyabr tarixində keçiriləcək.

Xatırladaq ki, görüşdə Maksim Şevçenko dahi Azərbaycan və Rusiya mütəfəkkiri, politoloq, yazıçı, filosof və şair Heydər Camal haqqında söhbətlər edəcək. Həmçinin görüş vaxtı tamaşaçıların suallarını da cavablandırmaq, canlı diskussiya nəzərdə tutulub.

Qeyd edək ki, Maksim Şevçenko 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyib, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında əlindən gələni əsirgəməyib.

 

Oxu.Az