maksimum-faydalanmaq-ucun-kitabi-nece-duzgun-oxumaq-olar

Maksimum faydalanmaq üçün kitabı necə düzgün oxumaq olar

On kitabı bir-bir oxumaqdansa, bir ədəd yaxşı kitabı on dəfə oxumaq daha yaxşıdır. Bir dəfəyə işdən bütün nəticələri çıxarmaq olmaz. Siz sadəcə oxumaqla kifayət qədər məlumat almırsınız.

Bəs kitabı on dəfə oxuyub alacağımız faydanı bir dəfəyə oxuyub almaq olar mı? Bu mümkündür? Bəli və hər şey çox sadədir. Siz sadəcə oxu tərzinizi dəyişməlisiniz.

Bəlli olandan başlayaq

Non-fikşn janrının bir çox müəllifləri kitablarını artıq məlumatla tamamlayırlar. Hətta yaxşı işlər belə lazımsız hekayə, misal və izahlar ehtiva edir. Bu, baza iqtisadiyyatıdır. Heç kim nazik kitaba görə 25 dollar ödəməz. Ona görə də naşirlər əsərdə minimal söz sayını təyin edirlər.

Biz də nəsə vacib şeyi tapmaq üçün tonlarla mətni filtr etməli oluruq.

Əgər kitabdan fayda çıxarmaq istəyirsinizə, materialın 100%-dən diqqətə layiq 2%-i seçin, o hissədə qeydlər aparın və onları on dəfə təkrar oxuyun.

Əgər ilk dəfə bu metodu sınamağa qərar vermisinizsə, kompüterinizdə sadə qovluq yaradın. Onu “Kitab qeydləri” adlandırın. Bu qovluğun içində oxuduğunuz müxtəlif kateqoriyalı kitablarla daha bir neçə qovluq yaradın. Başlamaq üçün sizə lazım olan bu qədərdir.

Oxuyun və qeydlər aparın

Oxu zamanı həmişə əlinizdə qələm tutun. Əgər elektron cihazda oxuyursunuzsa, mətn ayırma funksiyasını istifadə edin. Hər dəfə maraqlı abzasla qarşılaşdığınızda, onun yanında kiçik ulduz qoyun.

Kitabı oxudunuz – təbrik edirik! İndi isə maraqlı hissə başlayır.

Filtrdan keçirin

İşin müəllifi və adı ilə yeni sənəd yaradın. Kitabda seçilmiş abzası oxuyun. O, sizə əhəmiyyətli gəlirmi? Əgər elədirsə, onu öz sənədinizdə qeyd edin.

Prosses zamanı siz tez-tez oxşar, artıq sənəddə yazılmış misallar və izahlarla qarşılaşacaqsınız. Belə hallarda sadəcə köhnə qeydi silin və yenisi ilə əvəzləyin. Yaxud hər ikisni yazın, sonra redaktə edin. Həmişə lazım olduğu təqdirdə, materialı nəzərdən keçirmək üçün səhifə və ya fəsli qeyd edin.

Redaktə edin

Siz sənəddə kitabın ən yaxşı hissələrini qeyd etmisiniz. İndi isə yazdığınız mətni redaktə etmə və qısaltma zamanıdır.

Abzasları öz sözlərinizlə yazmağa qorxmayın. Əsas sizin üçün aydın olmasıdır.

Öyrənin

Redaktənin bitməsindən sonra iki həftə ərzində gündə bir dəfə öz qısa ifadənizi oxuyun. Bunu etmək mümkündür, çünki sizin sənəd həddən artıq iri həcmli olmayacaq.

Кateqoriyalaşdırın

Gəlin təsəvvür edək ki, siz artıq bir ildir bu proqrama riayət edirsiniz və onlarla kitab oxumusunuz. Bütün tərtib etdiyiniz ifadələri müntəzəm nəzərdən keçirəcəksinizmi? Çox güman ki, yox. Ona görə də hər kateqoriya üzrə ən yaxşı nəticələr olan ayrıca sənədin yaradılması əhəmiyyət kəsb edir.

Siz artıq müəllifi, kitabı və səhifə nömrəsini qeyd etməyə də bilərsiniz. Yaddaşınızda konkret texnikanı və ya nəzəriyyəni təzələmək üçün bu sənədi təkrar oxuyun.

İnsider.az

Samirə Məmmədova