Malayziyanın baş naziri Maxatxir Mohamad Şərqi Asiya üçün qızıla bağlanmış vahid ticari valyuta tətbiqinin imkanını müzakirə etməyi təklif edib.
İnsider.az bildirir ki, belə təkliflə Mohamad bu gün, mayın 30-u “Nikkei” tərəfindən Tokioda hər il keçirilən “Asiyanın gələcəyi” konfransında çıxış edib. O, regiondakı hazırki valyuta sistemini manipulyativ adlandırıb, çünki hazırda dünya bazarı dollara bağlanıb və yerli valyutalar xarici fakrtorların təsirinə meyillidir, onlarla manipulyasiya etmək asandır.
Onun fikrincə, vahid valyuta xarici ticari əməliyyatlar zamanı istifadə oluna bilər, lakin daxili tranzaksiyalar üçün istifadə edilməyəcək.
“Təklif etdiyimiz valyuta qızıla əsaslanmalıdır, çünki qızıl daha stabildir”, - deyə o, bildirir.
Qeyd edək ki, Maxatxir Mohamad mövcud valyuta sistemini çoxdan tənqid edir.
Samirə Məmmədova