Maliyyə Bazarlarına Nəzarət Palatası “Star mining” MMC-ni inzibati qaydada cərimələyib.
İnsider.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib.
“Star mining” inzibati xətanın obyekti olmuş 28050 ABŞ dollarının 20 faizi miqdarında, yəni 5610 ABŞ dolları cərimə edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
“Star mining” MMC 2017-ci ildən dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur.
©"Report"