Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmi saytı yenidən hazırlanacaq.
İnsider.az xəbər verir ki, bununla bağlı MBNP-nin elan etdiyi kotorovka sorğusunun qalibi müəyyənləşib.
Belə ki, qurum tərəfindən iyunun 4-də keçirilmiş "Palatanın rəsmi internet səhifəsinin yenidən hazırlanması" xidmətinin satın alınması üzrə kotirovka sorğusu üsulu ilə satınalmaya dair müsabiqədə "SF-Media" MMC 19.700 (on doqquz min yeddi yüz) manat məbləği ilə qalib elan olunub.
Qalib gəlmiş iştirakçı ilə iyulun 19-da müvafiq satınalma müqaviləsi imzalanıb.