maliyye-nazirliyi-3-il-muddetine-15-milyon-manat-celb-etdi

Maliyyə Nazirliyi 3 il müddətinə 15 milyon manat cəlb etdi

23 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.6123 AZN (15%) və 100.5011 AZN (10.8%) olan 25 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.159 AZN (12.99%), orta ölçülmüş qiyməti 97.0816 (12.1905%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 375 min 300 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20 iyun 2023-cü  ildir.

Hərrac iştirakçıları 24 iyun 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.