6 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106010884 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 86.6872 (13.0000%) və 100.6100 (7.2700%) olan 39 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0600 (7.4750 %), orta ölçülmüş qiyməti 100.2743 (7.3963%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 170 milyon 534 min manat yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 2 aprel 2024-cü il.
Hərrac iştirakçıları 7 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.