18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 91.3372 (12.0000%) və 101.4832 AZN (6.2000%) olan 32 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9237 AZN (6.5000%), orta ölçülmüş qiyməti 100.9323 (6.4953%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 228 milyon 738 min 400 manat yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 16 may 2023-cü ildir.
Hərrac iştirakçıları 19 may 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.