maliyye-nazirliyi-qiymeti-6-seviyyelerinde-mueyyen-etdi

Maliyyə Nazirliyi qiyməti 6% səviyyələrində müəyyən etdi

23 iyul 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007742 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İnsider.az xəbər verir ki, birjadan daxil olmuş məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 92.2054  AZN (8.5000%) və 94.5300 AZN (5.8184%) olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.2804 (6.1000%), orta ölçülmüş qiyməti 94.3461 (6.0257%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 milyon 820 min 900 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi: 21 iyul 2020-ci  il.

Hərrac iştirakçıları 24 iyul 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.