Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni təyinatlar olduğu bildirilir.
İnsider.az xəbər verir ki, ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin Rəisi Adil Əhmədov Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən vəzifəsinə təyin edilib.
Mehdi Qasımov isə maliyyə nazirinin müşaviri təyin edilib. Mehdi Qasımov qeyd edilən ləğv edilmiş idarənin müavini vəsifəsində çalışıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.