maliyye-nazirliyinin-istiqrazlari-tam-satilmadi

Maliyyə Nazirliyinin istiqrazları tam satılmadı

23 aprel 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106007757 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İnsider.az xəbər verir ki, Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 95.4897AZN (10.8000%) və 100.2583 AZN (8.9000%) olan 10 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.7122 AZN (9.9000%), orta ölçülmüş qiyməti 98.2071 (9.7031%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,290,500 AZN yerləşdirilmiş həcmi isə 14,189,700 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  19.04.2022-ci il.

Hərrac iştirakçıları 24 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.