23 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü |
Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0106011783 |
Emissiya həcmi |
15 000 000 AZN |
Nominal dəyəri |
100 AZN |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişləri (olduqda) |
22 dekabr 2020-ci il, 22 iyun 2021-ci il, 21 dekabr 2021-ci il, 21 iyun 2022-ci il 20 dekabr 2022-ci il, 20 iyun 2023-cü il |
Faiz gəliri |
11 % |
Ödəmə tarixi |
20.06.2023 |
Anderrayter |
Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Marja