29 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070080 ISIN-li, 150 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 95.0600 (8.7458%) manat və 97.2614 (7.50%) manat olan 41 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.3701 (8.00%) manat, orta ölçülmüş qiyməti isə 96.5045(7.9242%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 221,373,100 manat, yerləşdirilmiş həcmi isə
86,078,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 27.03.2026-cı ildir.
Hərrac iştirakçıları 1 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.