mariya-zaxarova-alman-jurnalistler-rusiyani-terk-edecekler

Mariya Zaxarova: Alman jurnalistlər Rusiyanı tərk edəcəklər

“Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları - red.) Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”, - deyə Rusiya XİN sözçüsü bildirib.

Oxu.Az