mariya-zaxarova-ermenistanin-qarabagda-qondarma-etnik-temizleme-ile-bagli-iddialarina-cavab-verdi-vi

Mariya Zaxarova Ermənistanın Qarabağda qondarma etnik təmizləmə ilə bağlı iddialarına CAVAB VERDİ - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan tərəfinin Qarabağda qondarma etnik təmizləmə ilə bağlı iddialarına sübut istəyib.

O, bu barədə həftəlik brifinq zamanı danışıb.

“Ermənistan tərəfində mötəbər hesab olunan hər hansı beynəlxalq təşkilatın hansısa sənədi əgər varsa, təqdim olunmasını istərdim. Məsələn, BMT və ya hər hansı başqa təşkilatın. Belə bir “etnik təmizləmə”nin baş verdiyini göstərəcək hansısa sənəd, yaxud hansısa bəyanat varsa, lütfən, bizə bununla bağlı link təqdim edin”, - deyə Rusiya XİN sözçüsü bildirib.