marketinqe-pul-xerclemeden-seherin-en-meshur-restoranlar-sebekesini-yaratdi-biznes-plan-i-buraxilis

Marketinqə pul xərcləmədən şəhərin ən məşhur restoranlar şəbəkəsini yaratdı – “Biznes Plan” I buraxılış 

İnsider.az  "Synergy Partnership" şirkəti ilə birgə layihəsi olan “Biznes Plan”ı sizə təqdim edir.

“Biznes Plan”-ın ilk buraxılışının qonağı isə şəhər sakinlərinin sevimli məkanına çevrilmiş “Fryday” restoranlar şəbəkəsinin sahibi Xaliq Həsənlidir. 

AzərTürkBankın dəstəyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi Azərbaycanda geniş biznesə çevrilən startapların təsisçiləri, uğurlu iş adamları ilə sahib olduqları təcrübənin, qurduqları biznesin xüsusiyyətlərini əks etdirən müsahibələri hazırlamaq və geniş oxucu kütləsinə çatdırmaqdır.

Xaliq Həsənli məşhur iş adamı Rüfət Abbasov ilə söhbətində restoran biznesi, atılan addımların nəticəsi olan uğur və yanlışlar, eləcə də qazanılan təcrübə və səriştədən söz açıb.