Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını nəticəsində zərər çəkmiş ərazilər havadan görüntülənib.
Ərazidə naməlum səbəbdən iyunun 21-də başlayan yanğın davam edir.
274 nəfər təxliyə edilib. İlk dəfə yanğınsöndürmə sahəsində 10 ton su ata bilən “CH-47 Chinook” tipli helikopter cəlb olunub.
Marmarisin yaşıllığı kömür qarasına bürünüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə göndərilir.
Oxu.Az