marriott-u-cerimelemeye-hazirlasirlar

“Marriott”-u cərimələməyə hazırlaşırlar

Böyük Britaniyanın Məlumat Bürosu müştərilərin məlumatlarının sızıntısına görə “Marriott” mehmanxana şəbəkəsini 123 milyon dollar məbləğində cərimələmək niyyətindədir.

İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.

2014-cü ildə hakerlər “Starwood” bronlaşdırma sistemini sındırıblar. Bu səbəbdən də “Marriott”-un bütün dünyadakı otellərində qalan 500 milyon müştərilərinin məlumatları cinayətkarların əlində olduğu düşünülür. Şirkət isə sızıntı barədə ancaq 2018-ci ilin sonunda xəbər tutub.

Böyük Britaniya höküməti də hesab edir ki, şirkət sistemin 2016-cı ildə alışı zamanı “Starwood”-un lazımi yoxlamasını aparmayıb. İdarənin bəyanatında sızıntının Avroittifaqın 30 milyon sakininə toxunduğu deyilir.

“Marriott”-un baş direktoru Arne Sorenson isə bildirib ki, şirkət istintaq boyu Britaniya hökümətilə əməkdaşlıq edir və İdarənin qərarı “Marriott”-u məyus edir.

Qeyd edək ki, Avropanın GDPR- verilənlərin müdafiəsi sahəsindəki qanunvericiliyin yeni əsasnamələrinə uyğun olaraq, İdarənin şirkəti illik dövriyyəsinin 4%-i həcmində cərimə edə bilər.  Nəzərə alsaq ki, 2018-ci ildə “Marriott”-un mənfəəti 3,6 milyard dollar oldu, Böyük Brriyaniya hökümətinin tətbiq edəcəyi cərimə bu məbləğin təxminən 3%-i təşkil edir.

Samirə Məmmədova