İtaliyalı elm adamları Marsda böyük yeraltı gölün yaxınlığında duzlu su hövzələri şəbəkəsinin aşkar edildiyi barədə xəbər verirlər.
Bu barədə “Nature Astronomy” jurnalında dərc olunan məqalədə bildirilir.
Tədqiqatçılar Avropa Kosmik Agentliyinin “Mars Express” orbitindəki radar zondundan alınan məlumatları təhlil ediblər. Gölün Marsın cənub qütbünün buz səthindən 20-30 kilometr aşağı olduğu təxmin edilir. Gölün ətrafında suyun əsas hissəsinə qovuşan üç müxtəlif ölçülü kiçik gölməçə də müəyyən edilib.
Suyun mövcudluğu Marsda və ya onun səthinin altında mikrob mənbəyinin olma ehtimalını artırır. Çox güman ki, yüksək duz konsentrasiyası suyun donmasına mane olur. Dörd milyard il bundan əvvəl Marsın isti və rütubətli olduğu, lakin maqnit sahəsinin itməsi səbəbindən səhra dünyasına çevrildiyi güman edilir.
Cənub qütbündə səthin temperaturu mənfi 113 dərəcə ilə qiymətləndirilir və dərinliyə getdikcə temperatur tədricən istiləşir.