2020-ci ilin Mart ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 855 min ədəd təşkil edib.
İnsider.az xəbər verir ki, Fevral ayının sonu ilə müqayisədə Martda cəmi ödəniş kartlarının sayı 23 min ədəd artıb. O cümlədən, Martda sosial kartlar 31 min ədəd artaraq 2 milyon 754 ədədə, kredit kartları isə 40 min ədəd artaraq 930 min ədədə yüksəlib. Əməkhaqqı kartları 13 min ədəd azalaraq 2 milyon 334 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartları 35 min ədəd azalaraq 1 milyon 837 min ədədə düşüb.
Martda əməkhaqqı kartlarının azalması koronavirusa görə şirkətlərin işçi ixtisarına işarə edir. Aprel ayında ixtisarın daha yüksək sayda olduğu ehtimal edilir.
Marja