Martın 17-də qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə martın 20-də G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş küləyinin sürətinin mart 17-də baş vermiş TKA-nın təsiri ilə martın 20-nə artacağı, həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin martın 24-də Yerə təsiri gözlənilir.
Oxu.Az