Ukraynada davam edən müharibə fonunda martın 5-i Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin növbəti təcili sammiti keçiriləcək.
Bu barədə DW məlumat yayıb.
Tədbirə NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ-ın dövlət katibi Entoni Blinken, həmçinin Ukrayna, Böyük Britaniya və Kanadanın xarici işlər nazirləri dəvət olunub. Bundan başqa, NATO-nun mənzil qərargahında alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.