mask-da-twitter-i-mehkemeye-verdi

Mask da "Twitter"i məhkəməyə verdi

Tesla və SpaceX-in baş direktoru Elon Musk (İlon Mask), 44 milyard dollarlıq satınalma müqaviləsindən çıxmaq üçün Twitter-ə "əks iddia" qaldırıb.

İlon Mask iyulun 8-də bir çox müddəaların pozulmasını əsas gətirərək Twitter-i satın almaq üçün imzaladığı müqaviləni ləğv etdiyini açıqlamışdır. Bundan sonra, Twitter, müqaviləni ləğv etdiyi üçün Maskı məhkəməyə vermişdir.

Maskın vəkilləri ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada, Twitter-in platformadakı saxta və ya spam hesablar haqqında çoxsaylı məlumat sorğularına cavab vermədiyini və ya cavab verməkdən imtina etdiyini, bunun şirkətin biznes fəaliyyəti üçün vacib olduğunu bildirib.

Twitter tərəfindən məhkəməyə edilən şikayətdə, Maskın imzaladığı müqavilənin “artıq onun şəxsi maraqlarına xidmət etmədiyi üçün Twitter və onun səhmdarları qarşısında öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi" bildirilib.

Şikayətdən qeyd olunub ki, Maskın müqaviləyə xitam verilməsi ilə bağlı iddiaları “bəhanədir” və “heç bir əsası yoxdur”.

Marja