Sahibkarın sözlərinə görə, “hər hansı ağlı başında olan insan belə bir nəticəyə gələr”.
Amerikalı sahibkar Elon Mask hesab edir ki, dünyanın hələ də neft və qaza böyük ehtiyacı var.
O, bu barədə bazar ertəsi Norveçin Stavanger şəhərində enerji və texnologiya üzrə ONS-2022 beynəlxalq konfransında jurnalistlərə bildirib.
"Qısa müddətdə bəşəriyyətin hələ də neft və qaza ehtiyacı var, əks halda sivilizasiya çökəcək. Xüsusilə, bu gün Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir dövrdə neft və qaza daha çox tələb var. Sivilizasiyamızı yaşatmaq üçün neft və qaza ehtiyacımız var", - Mask deyib.
Onun sözlərinə görə, “hər hansı ağlı başında olan insan belə bir nəticəyə gələr”.
Norveçin kontinental şelfdə neft və qaz axtarışlarına toxunan Mask qeyd edib ki, “hazırkı şəraitdə müəyyən dərəcədə əlavə kəşfiyyat işləri mümkündür”. Eyni zamanda, o hesab edir ki, “dayanıqlı enerjiyə keçidi sürətləndirmək” vacibdir.
ONS-2022 beynəlxalq konfransı 29 avqust - 1 sentyabr tarixlərində Norveçin neft paytaxtı - Stavanger şəhərində dövlət başçılarının, eləcə də aparıcı enerji və texnologiya şirkətlərinin rəhbərlərinin və ekoloji təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilir.
Marja