maska-taxmayan-poliklinika-iscisi-vezifesinden-azad-olundu-yenilenib-video

Maska taxmayan poliklinika işçisi vəzifəsindən azad olundu - YENİLƏNİB + VİDEO

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçı işdən azad olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda qeyd edilib ki, videomaterialda qeyd olunan məsələ qurum tərəfindən araşdırılıb:

“Araşdırma nəticəsində maska taxmaqla bağlı qaydaya riayət etmədiyi aşkar olunan qeydiyyatçı töhmət verilərək işdən azad edilib. Digər şəxs isə maska taxmadığı üçün cərimələnib”.

“Bir daha bildiririk, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində özümüzü və ətrafımızı qorumağımız üçün verilən qərarlara riayət etmək hər birimizin borcudur, sosial məsuliyyətini nümayiş edən vətəndaşa isə təşəkkür edirik”, - deyə TƏBİB-dən qeyd edilib.

12:11

Sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.

Görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə töhmət elan edib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.

İlhamə Əbülfət

11:56

Sumqayıtda poliklinikalardan birində gərgin anlar yaşanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, poliklinikada növbədə dayanan şəxslər işçinin maska taxmamasına irad bildirib və tibb ocağının əməkdaşı ilə aralarında gərgin anlar yaşanıb.

Həmin görüntüləri təqdim edirik: