maskdan-maduroya-ved-seni-uzunqulaga-mindirib-quantanamoya-aparacagam

Maskdan Maduroya vəd: Səni uzunqulağa mindirib Quantanamoya aparacağam

ABŞ-li sahibkar və iş adamı İlon Mask Venesuela Prezidenti Nikolas Maduronun yanına gedəcəyini və onu uzunqulağın üzərində Kubadakı Quantanamo həbsxanasına göndərəcəyini vəd edib.

Bu barədə Mask "X" sosial şəbəkəsindəki səhifəsindəki hesabında açıqlama verib.

"Mən sənin üçün gəlirəm, Maduro. Mən səni uzunqulağa mindirib Quantanamoya aparacağam", - Mask yazıb.

Biznesmen daha əvvəl Maduronun oktaqonda döyüşmək barədə çağırışını qəbul etmiş və qalib gələrsə, onu Marsa pulsuz göndərəcəyinə söz vermişdi. Eyni zamanda, Mask əlavə etmişdi ki, Maduro qorxacaq və döyüşmək təklifini geri götürəcək.

Bundan əvvəl Mask "Meta"nın sahibi Mark Zukerberqlə oktaqonda yarışmaq barədə razılığa gəlmişdi, lakin görüş baş tutmadı.

Oxu.Az

 

I’m coming for you Maduro! 🚀💣

I will carry you to Gitmo on a donkey 🫏 https://t.co/RB5qltxsYI

— Elon Musk (@elonmusk) August 1, 2024