"Mayın 29-da Bakıda keçiriləcək Futbol üzrə Avropa Liqasının Finalı ilə əlaqədar paytaxtda avtobusların marşrut xəttində hər hansı bir dəyişiklik olmayacaq".
İnsider.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyiin mətbuat katibi Mais Ağayev AzTV-nin "Telesəhər" verilişində bildirib:
"Oyun günü marşrut xəttlərinin fəaliyyət müddətinin uzadılması ilə bağlı daşıyıcılara göstəriş verilib. Əgər adi günlərdə marşrutlar ən gec halda saat 00:30-a qədər fəaliyyət göstərirdilərsə, mayın 29-unda avtobusların fəaliyyət saat 03:00, 03:30-a qədər uzadılacaq. Xüsusən metro stansiyalarının ətrafında avtobusların fəaliyyəti həmin saatlara qədər təşkil olunacaq".