Türkiyənin bir çox bölgəsində yaz havası hiss olunsa da, Muşda qışdan qalan günlər yaşanır.
Qar yağması səbəbilə bağlanan, 10 kənd və 21 yaşayış məskəninə çıxışı təmin edən 2800 m yüksəklikdəki Çavuştəpə yolunun açılması istiqamətində işlər başlayıb.
Qarın qalınlığının bəzi yerlərdə beş metri keçdiyi yolda qruplar bir kilometr məsafəni beş saata təmizləyə biliblər.
Bir həftə ərzində qruplar yalnız bir maşının keçə bildiyi 23 kilometrlik yol açıblar.
Qruplar yolu genişləndirmək üçün texnikanı işə salıblar.