ABŞ-nin məşhur fastfud şəbəkəsi “McDonald's” Birləşmiş Ştatlardakı ofislərini müvəqqəti olaraq bağlayır.
Proses restrukturizasiyanın bir hissəsi kimi işçilərin qarşıdan gələn ixtisarı fonunda baş verir.
Şirkətin daxili əmrində adı olan işçilər bazar ertəsindən çərşənbə gününə kimi məsafədən iş formatına keçməlidirlər. Onlara həmçinin təchizatçılarla planlaşdırılan bütün görüşləri ləğv etmək əmri də verilib.
“McDonald's” kimin nə vaxt işdən çıxarılacağı barədə onlayn bildirişlə məlumat verəcək.
İşdən çıxarılacaq əməkdaşların sayı hələ ki, məlum deyil.
Oxu.Az