mcdonald-s-azerbaijan-teskilati-huquqi-formasini-deyisir

“McDonald's Azerbaijan” təşkilati-hüquqi formasını dəyişir

“McDonald's Azerbaijan” MMC təşkilati-hüquqi forması dəyişərək QSC-yə çevriləcək.

İnsider.az bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ-ın məşhur fəstfud şəbəkəsi Azərbaycan bazarına 1999-cu ildə gəlib. Şirkətin yerli törəməsinin nizamnamə kapitalı 2,845 milyon manat, qanuni təmsilçisi isə Maqsud Vladimiroviç Mirzəyevdir.