“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 26-27 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin tarixdə 7 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
"MCDONALD`S AZƏRBAYCAN" QSC |
İctimai iaşə |
Sahibkar fəaliyyətə başlamamışdır. |
2 |
Ələsgərov Nasil Pirverdi oğlu |
Emal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 |
Nəhmətova Hökümə Burhan qızı |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
4 |
Quliyev Hafiz Böyükağa oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
5 |
Hüseynov Novruz Əli oğlu |
Pərakəndə satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 |
Məmmədov Vahid Xamməd oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
7 |
Əzimov Şəfahət Əliş oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Report