mcdonald-s-oz-en-kicik-restoranini-acdi-o-arilar-ucun-tikilib

“McDonald’s”öz ən kiçik restoranını açdı – o, arılar üçün tikilib

“McDonald’s” İsveçdə “McHive”, yəni restoran şəbəkəsinin miniatür versiyasını tikib. Həqiqətdə isə bu tam yararlı bir arı pətəyidir. İnsider.az bu barədə “Adweek”-ə istinadla yazır.

Tez qidalanma restoranları şəbəkəsi, beləliklə, planet üçün ciddi problemlə nəticələnə biləcək arıların yox olma təhlükəsinə diqqəti cəlb edir.

Arılar insan üçün çox mühüm kənd təsərrüfatı bitkilərini tozlandırırlar, lakin qlobal istiləşmə şəraitində, həmçinin pestisidlərin istifadəsinə və parazitlərə görə onlar ölürlər.

Samirə Məmmədova