mcdonald-s-qazaxistanda-fealiyyetini-dayandirdi

"McDonald's" Qazaxıstanda fəaliyyətini dayandırdı

ABŞ-ın fast food restoranları şəbəkəsi McDonald's Qazaxıstandakı fəaliyyətini dayandırdığını açıqlayıb.

McDonald's-ın Qazaxıstan ofisindən verilən açıqlamada deyilir:

"Food Solutions KZ LLP" tərəfindən idarə olunan McDonald's restoran şəbəkəsi tədarük məhdudiyyətləri səbəbindən McDonald's brendi altında Qazaxıstanda fəaliyyətini dayandırıb".

Açıqlamada restoranların yeni adla fəaliyyətə başlayacağı tarixin yaxın zamanda açıqlanacağı qeyd edilib.

Qazaxıstandakı McDonald's restoranları 18 Noyabr 2022-ci il tarixindən etibarən yerli təchizat məhdudiyyətləri səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığını açıqlamışdı.

2016-cı ildə ilk restoranını açan McDonald's-ın Qazaxıstanda təxminən 2000 işçisi olan 24 restoranı var.

McDonald's-ın Qazaxıstan bazarını tərk etməsinin səbəbi ölkədəki restoranları idarə edən şirkətin (françayzi olan Food Solutions KZ LLP) Rusiyadan ət ala bilməməsidir. Amerika şirkəti McDonald's, Ukraynaya hücumi ilə əlaqədar olaraq Rusiyanı tərk etdikdən sonra Qazaxıstandakı françayzinin Rusiyadan ət (kotlet) almasına qadağa qoyub.

Marja