mcdonald-s-rusiyada-brend-dondurma-markasini-qeydiyyatdan-kecirecek

“McDonald's” Rusiyada brend dondurma markasını qeydiyyatdan keçirəcək

2022-ci il martın ortalarından etibarən Rusiyadakı restoranlarının fəaliyyətini dayandıran Amerikanın “McDonald's” korporasiyası özünün “McFlurry” ətirli dondurmasının brendini qeydiyyatdan keçirmək üçün “Rospatent”ə ərizə verib. Bu barədə “Moskva” Şəhər İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, “McFlurry” mal və xidmətlərin beynəlxalq təsnifat sinfinə uyğun olaraq qeydiyyata alınıb ki, bu da süd əsaslı desert məhsullarının - dondurma və dondurulmuş qənnadı məmulatlarının bu brend altında istehsalına və satışına imkan verəcək.