mcdonald-s-turkiye-qeterlilere-satilib

"McDonald's Türkiyə" qətərlilərə satılıb

"McDonald's Türkiyə" qətərlilərə satılıb.

"Anadolu Holding", tərkibindəki "Anadolu Restoran" şirkətini (Türkiyədə McDonald's restoranlarını idarə edən şirkət)  54,5 milyon dollara qətərlilərə məxsus "Boheme Investment" şirkətinə satıb.

Avstriyanın paytaxtı Vyanada yaradılmış “Boheme Investment” şirkəti Qətərli investor Kamal Saleh Əl Mananın törəmə şirkətidir. Kamal Saleh Əl Mananın Qətərdəki "McDonald's" restoranlarının françayzinqini idarə edən şirkətdə ortaqlığı da var.

"Anadolu Holding AŞ"-nin açıqlamasında, "Şirkətimizin 100% törəmə şirkəti olan və Türkiyədə "McDonald's" restoranlarının françayzinqini həyata keçirən "Anadolu Restoran"ın kapitalının 100%-ni təşkil edən səhmlərinin "Boheme Investment GmbH" şirkətinə və ya onun Türkiyədəki hər hansı bir törəmə şirkətinə satılmasına dair Şirkətimiz və "Boheme Investment GmbH" arasında 11 may 2022-ci il tarixində səhm transferi müqaviləsi imzalanmışdır",- deyilir.

Marja