Rusiyanın milli keyfiyyət monitorinq sistemi olan “Roskaçestvo” təşkilatı populyar fəstfud restoranlarının hazırladığı burgerlərdəki əti yoxlayıb və beş nümunədə antibiotik aşkar edib. İnsider.az-ın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.
Ekspertlər nümunələri bu şəbəkələrin restoranlarından götürüblər: “McDonalds”, “Burger King”, “KFC”, “Farş”, “Miratorq”, “Ketch Up”, “BB&Burgers”, “Burger Club”, “Мясоroob”, “Black Star Burger” və “Jerry Wings”.
“Biqmak”-da (“McDonalds”), “Orijinal”-da (“Ketch Up”) və “Klassik”-də (“BB&Burgers”) ternidazol antibiotiki, “Şefburger”-də (“KFC”) — enrofloksasin, “Klassik Kinq”-də isə (“Мясоroob”) — ofloksasin aşkar olunub.
Həkimlər qeyd edirlər ki, məhsulların tərkibində antibiotikin olması xəstəlik zamanı onların orqanizmə lazımi təsir etmədiyinə gətirib çıxarır.
Samirə Məmmədova