mecburi-kockun-abonentlerin-qaz-borcu-silinecek-resmi-aciqlama

Məcburi köçkün abonentlərin qaz borcu silinəcək? - RƏSMİ AÇIQLAMA

“Azərbaycanda məcburi köçkün abonentlərin 30-35%-nin istifadə etdiyi təbii qaza müəyyən məbləğdə borcu yığılıb. Bu borcu silmək mümkün deyil və biz onun ödənilməsini abonentlərdən tələb edəcəyik”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

“Əvvəllər məcburi köçkünlərə yay və qış mövsümünə uyğun xüsusi qaz limitləri verilirdi. Son iki ildə mövsümə uyğun limit həcmi üçün konkret məbləğ verilir. Yəni dövlət məcburi köçkünlərə müəyyən həcmdə qazı ödənişsiz verirdi. Ancaq məcburi köçkün abonentlərimiz həmin limitdən artıq işlədirdilər. Limit sərfiyyatı keçilmiş həcmin isə ödənişi olunmalıdır. Bu kateqoriyadan olan abonentlərin hamısında belə deyil. Təxminən 60-65 faiz hissə sərf etdiyi qazın həcmini ödəyir”, - o deyib.

R.Əliyevin sözlərinə görə, limitə uyğun olaraq “Azəriqaz” məcburi köçkünlərə adambaşına qış mövsümündə - noyabr, dekabr, yanvar, fevral aylarında 45 kubmetr, mart, aprel, may və oktyabr aylarında 35 kubmetr, yay mövsümündə - iyun, iyul, avqust və sentyabr aylarında isə 25 kubmetr pulsuz qaz verib. Məcburi köçkün abonentlər isə nəzərdə tutulan limitdən artıq, yəni 150-170 kubmetr qaz sərf ediblər. Bu zaman nəzərdə tutulan qaz limitinin dəyərini dövlət, qalan həcmin dəyərini isə abonent özü ödəməli idi. Bu borc da ödənmədiyi üçün abonentin saldosunda yığılırdı. Ona görə də məcburi köçkün abonentlərinin təxminən 30-35%-də müxtəlif məbləğdə borc yığılıb. Bu kateqoriyadan olan abonentlər var ki, onlarda 100-1 000 manat borc var. Faktiki, abonent həmin qazı işlədib”.

Report