medeniyyet-nazirliyinde-muveqqeti-teyinat-olub

Mədəniyyət Nazirliyində müvəqqəti təyinat olub

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsində müvəqqəti dəyişiklik edilib.

Bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib.

Bu təyinat nazirliyin şöbə müdiri Məryəm Qafarzadənin sosial məzuniyyətə çıxması ilə əlaqədardır.