“Gələn il “Media haqqında” qanuna bəzi dəyişikliklər edilə bilər”.
Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir sıra məsələlər o vaxt üçün nəzərdə tutulmamışdı:
“Məsələn, qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklər oluna bilər. Canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcək”.
Report