mehkeme-fovqelade-hallar-nazirliyini-cerimeledi

Məhkəmə Fövqəladə Hallar Nazirliyini cərimələdi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası Fövqəladə Hallar Nazirliyinin barəsində inzibati xəta haqqında protokol tərtib edib. 

İnsider.az xəbər verir ki, Palata tərtib etdiyi protokolu baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərib. 

Məhkəmə qurumu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinərək, barəsində 331000 avro (624001 manat) məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan nazirlik apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Oxu.Az